ABŞ vətəndaşlarına bu ölkəyə getmək qadağan olunub

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidPxenyan şəhəri
Pxenyan şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Qaydanı pozanların pasportları ləğv olunacaq

BAKI, 21 iyul — Sputnik. ABŞ öz vətəndaşlarına Şimali Koreyaya getməyə qadağa qoyub. Sputnik Azərbaycan bu barədə "İndependent"-ə istinadən xəbər verir.

Məlumatı mediaya "Young Pioneer Tours" turizm şirkəti çatdırıb.

"Bizdə olan məlumata görə, ABŞ hökuməti vətəndaşlarına Şimali Koreyaya səfər etməyə icazə verməyəcək. Gözlənilir ki, qadağa 30 gündən gec olmayaraq iyulun 27-dən sonra qüvvəyə minəcək. 30 gündən sonra Şimali Koreyaya gedən ABŞ vətəndaşının pasportu ləğv olunacaq" — şirkətin məlumatında qeyd olunur.

Xəbər lenti
0