CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı mükafata layiq görülüb

© Sputnik / Murad OrujovSputnik Azərbaycan-ın əməkdaşı Ülkər İsmayılqızı
Sputnik Azərbaycan-ın əməkdaşı  Ülkər İsmayılqızı - Sputnik Azərbaycan
Abunə olmaq
Ülkər İsmayılqızı publisistik yazılarına görə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata layiq görülüb

BAKI, 21 iyul — Sputnik. Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2017-cı ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:

1. Ülkər İsmayılqızı – (Sputnik Azərbaycan) publisistik yazılarına görə

2. Leyla Məhərrəmova (azadinform.az) – ölkənin siyasi gündəmini obyektiv və operativ işıqlandırdığına görə

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Xatırladaq ki, Ülkər İsmayılqızı (Abdullayeva) 1996-cı ildən peşəkar jurnalistika ilə məşğul olur. "Çağ", "Avrasiya", "Azadlıq", "Yeni yüzil", "Mərkəz", "Palitra" qəzetlərində, eləcə də bir sıra digər yerli və xarici KİV-lərdə çalışıb. Onun siyasi və publisistik məqalələri Azərbaycan, rus, türk və ingilis dillərində çoxsaylı auditoriyaya yayılıb və böyük rəğbət qazanıb.

Xəbər lenti
0