SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan təcili telefon zəngi

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 14-də İsrail polisi Əl-Əqsa məscidinə namaz qılmağa gedən 3 nəfər fələstinli gənci güllələyərək öldürmüşdü

BAKI, 21 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qüdsdəki Əl-Əqsa məscidi ətrafında yaşanan xoşagəlməz hadisələrlə bağlı İsrail prezidenti Reuven Rivlinə təcili zəng vurub. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan, israilli həmkarına Əl-Əqsa məscidinin müsəlmanlar üçün müqəddəs olduğunu xatırladaraq, baş verən hadisələri narahatlıqla izlədiyini bildirib.

İsrail polisinin Əl-Əqsa məscidinə namaz qılmağa gələnləri sərt yoxlamalardan keçirməsinin qəbuledilməz olduğunu deyən Ərdoğan, bunun dərhal dayandırılmasını istəyib.

"Müsəlmanlar ilk qibləgahımız olan Əl-Əqsa məscidinə sərbəst giriş edərək namaz qıla bilməlidir. Gərginliyin səbəbi insanlara namaz qılmağa maneələr yaradılmasıdır. Ümid edirəm ki, İsrail hökuməti lazımi addımları vaxtında ataraq, gərginliyin böyüməsinin qarşısını alacaq" — Türkiyə prezidenti qeyd edib.

Xatırladaq ki, iyulun 14-də İsrail polisi Əl-Əqsa məscidinə namaz qılmağa gedən 3 nəfər fələstinli gənci güllələyərək öldürmüşdü. Bunun üzərinə qəzəblənən fələstinli kütlə iki polis nəfərini qətlə yetirmişdi.

Xəbər lenti
0