Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanı yeni maliyyə böhranı gözləyir

CC0 / RJA1988 / dollarDollar, türk lirəsi
Dollar, türk lirəsi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ fondu yeni maliyyə böhranının mümkün səbəblərini açıqlayıb

BAKI, 20 iyul — Sputnik. Maliyyə bazarlarında yüksək borclanmanın aşağı volatilliklə müşayiət olunması yeni maliyyə böhranına səbəb ola bilər.

"Report" RBC saytına istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın 30 mlrd. ABŞ dolları aktivləri idarə edən "Baupost Group" hedc fondu tərəfindən yayılıb. Fond araşdırmasında bildirib ki, volatilliyin artması maliyyə bazarlarında fəaliyyət göstərən fondların milyardlarla dollar aktivlərini satışa çıxarmalarına səbəb olacaq.

"Business İnsider" jurnalındakı digər araşdırmada qeyd edilib ki, aşağı volatillik zamanı investorlar levereclərini, yəni borc/kapital əmsalını yüksəldirlər. Bu isə gələcəkdə problemlərə gətirib çıxara bilər.

"Baupost"un prezidenti Cim Muni (Jim Mooney) volatillik aşağı olduqda investorların daha çox riskə getdiklərini bildirib. Prezidentin sözlərinə görə, volatilliyin artması durumunda maliyyə bazarlarında 100 milyardlarca dollarlıq aktivlərin satışları başlaya bilər. Bu satışlar zəncirvari şəkildə digər satışları təhrik edə bilər.

Xəbər lenti
0