BAKI, 20 iyul — Sputnik. Türkiyənin Vətən partiyasının lideri Doğu Perinçek 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq. Sputnik Azərbaycan bu barədə "ABC" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bu barədə mətbuata açıqlamanı partiyanın baş katibi Utku Reyhan verib.
Qeyd edək ki, Doğu Perinçek 2019-cu il prezident seçkilərinə namizədliyini açıqlayan ilk şəxsdir. Türkiyədə prezidentliyə namizəd ola bilmək üçün, son seçkidə ən az 5 % səs toplamaq şərtdir.