BAKI, 20 iyul — Sputnik. ABŞ senatoru Con Makkeyndə beyin şişi aşkarlanıb.
APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.
Məlumata əsasən, senator ötən həftə əməliyyat olunub, bədxassəli şiş kəsilib götürülüb.
Qeyd edək ki, 81 yaşlı respublikaçı senator Rusiya əleyhinə mövqeyi ilə tanınır. O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təşəbbüskarlarından biridir.