Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kökəlməmək üçün bunları edin

© pixabay / com77380Питьевая вода, фото из архива
Питьевая вода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çəkini normada saxlamaq üçün diyetoloqlar yeməkdən 2-2,5 saat sonra 1-2 stəkan su içməyi tövsiyə edirlər

BAKI, 20 iyul — Sputnik. Miçiqan Universiteti alimləri (ABŞ) sübut ediblər ki, suyun kifayət qədər istehlakı insana artıq çəki yığmamağa kömək edir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, araşdırma zamanı alimlər 10 min insanın məlumatlarını təhlil ediblər.

Ümumdünya normalarına görə insan gün ərzində 10 stəkana qədər (təxminən 2 l) təmiz su içməlidir. Araşdırmada iştirak edən insanların 1/3 hissəsi daha az su içirdi və onların bədən kütləsinin indeksi kifayət qədər su içən insanlarla müqayisədə daha yüksək idi.

Diyetoloqlar hər 1 kq bədən çəkisinə görə 30 ml su içməyi tövsiyə edirlər.

Çəkini normada saxlamaq üçün diyetoloqlar yeməkdən 2-2,5 saat sonra 1-2 stəkan su içməyi tövsiyə edirlər. Bu "yalançı" aclığın əmələ gəlməsinin qarşısını alır.

Xəbər lenti
0