BAKI, 20 iyul — Sputnik. CNN telekanalı dünyanın 50 təbii möcüzəsinin siyahısını tərtib edib. Telekanalın bu siyahısında dünyanın hər bir yerindən müxtəlif qeyri-adi təbii əraziləri və obyektləri toplanıb. Digər möcüzəli yerlərlə yanaşı buraya həmçinin Azərbaycanın palçıq vulkanları ilk onluğa daxil edilib. Vulkanların Bakıdan 65 km aralıda Qobustan ərazisində yerləşdiyi və burada qeyri-adi Mars mənzərəsi yaratdığı qeyd olunur.
Həmçinin müəlliflər ətrafda roma yazıları və Qobustan qayaüstü rəsmlərlə tanış olmağı məsləhət görürlər.
Telekanalın siyahısının ilk onluğuna altıncı yerdə qeyd edilmiş Qobustan palçıq vulkanları ilə yanaşı Norveçin 604-metrlik Prekestulen qayası və Geyranger və Neröy fyordları, Boliviyada 10 kv. km sahəsi olan qurumuş Yuni düzlu gölü, Tanzaniyadakı Nqoroqoro krateri, ABŞ-ın Arizona ştatındakı Pariya kanyonu, daim püskürən Stromboli vulkanı (İtaliya), Livandakı Ceyta mağaraları, Himalay dağlarında 4300 m yüksəklikdə yerləşəm Banqonq-Tso gölü və Uelsdə Pembrukşir sahilləri daxil olunub. Qeyd edək ki, MDB ölkələrindən bu siyahıya yalnız Azərbaycanın palçıq vulkanları və 50-ci yerdə Rusiyadakı Baykal gölü daxil edilib.