CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis xəbərdarlıq edir: "Əmlaklarına həbs qoyulacaq"

© Sputnik / Irade JELILYol nişanlarının bu vəziyyətdə olması həm sürücüləri, həm də piyadaları çaş-baş salır
Yol nişanlarının bu vəziyyətdə olması həm sürücüləri, həm də piyadaları çaş-baş salır - Sputnik Azərbaycan
Abunə olmaq
"Sabah məhkəmə icraçısı qapısını döyüb, hansısa əmlakına həbs qoyacaq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Piyadaların məsuliyyətsizliyi səbəbindən baş verən yol nəqliyyat hadisələri kifayət qədərdir. Bu gün demək olar ki, piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin təhlilinə nəzər salsaq, görərik ki, hadisələrin əksəriyyəti piyada məsuliyyətsizliyinin nəticəsidir.

© Photo : REPORTBaş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

Piyadalar yollarda məsuliyyətsizlik edir, yolun qadağan edilmiş hissələrinə çıxır, bəzən keçidin yaxınlığından yola daxil olur, surət yollarından yolu keçməyə cəhd edir, işıqforun nizamlayıcı işarələrinə fikir vermir. Polis inzibati cərimə tətbiq etdiyi zaman isə əksər piyadalar cəriməni ödəməkdən imtina edir, polisin tətbiq etdiyi cərimə ilə razılaşmaq istəmirlər. Piyada unudur ki, o, ancaq qanunla nəzərdə tutulmuş keçidlərdən, zolaqlardan keçməlidir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, il ərzində, təxminən 140 min piyada inzibati məsuliyyətə cəlb olunsa da, onların çox hissəsi cərimələri ödəmir: "Piyadaların qanunvericiliklə tətbiq olunmuş cərimələri ödəməməsi ilə bağlı qanunvericilikdə müəyyən sərtləşdirilmələr nəzərdə tutulub, müəyyən təkliflər irəli sürülüb. Belə ki, 20 manatlıq cəriməni ödənilmədiyi təqdirdə artır və sonradan məcburi icra yolu ilə vətəndaşın hansısa əmlakına həbs qoyulur".

"Piyadalar ömürlərinin sonuna qədər bu cəriməni ödəmək məcburiyyətindədirlər. Ancaq çox zaman piyadalar bu cəriməni ödəməkdən yayınırlar. Piyada çox zaman belə qənaətdə olur: sürücülük hüququm yoxdur ki, məhdudlaşdırsınlar və yaxud avtomobilim yoxdur ki, saxlanılması haqqında qərar verib, avtomobili əlimdən alsınlar. Yəni bu nöqteyi-nəzərdən düşünüb yol hərəkəti qaydalarını davamlı şəkildə pozmağa davam edirlər" — K. Əliyev bildirib.

Onun sözlərinə görə, piyada düşünmür ki, bu gün-sabah məhkəmə icraçısı qapısını döyüb, hansısa əmlakına həbs qoyacaq: "Çünki qanunvericiliklə müəyyən edilmiş cərimə məbləğ 3 ay müddətində ödənilmədiyi təqdirdə məcburi icraya yönəldilir. Məcburi icra zamanı isə vətəndaşın hansısa əmlakının üzərinə həbs qoyulur. Piyada həbs qoyulan əmlakından istifadə etmək zərurəti yaranan zaman məsuliyyətini anlayır və başa düşür ki, həmin əmlaka məhkəmə tərəfindən həbs qoyulub".

K. Əliyev belə problemlərlə qarşılaşmamaq üçün piyadalara daha məsuliyyətli olmağı tövsiyə edir.

Xəbər lenti
0