CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı mükafat aldı

© Sputnik / Murad OrujovSputnik Azərbaycanın əməkdaşı İradə Cəlil və İsmayıl Sadıqov
Sputnik Azərbaycanın əməkdaşı İradə Cəlil və İsmayıl Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Administrasiyasının rəsmisi jurnalistlərin bu sahədə ixtisaslaşması üçün təlimlərin keçirilməsini önəmli hesab edir

BAKI, 20 iyul — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans keçirilib. Milli Mətbuat Günü münasibətilə keçiriləcən konfransda dövlət orqanlarının, mətbuatın və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. Tədbirdə Azərbaycanda kütləvi informasiya vasitələrində dövlətin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində çıxışlar dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı ASAN Radio ilə birgə keçirilmiş sorğunun nəticələrinə aid təqdimat nümayiş olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı jurnalistləri təbrik edib və mediada ailə, qadın və uşaq problemlərinin işıqlandırılması istiqamətində olan problemlərdən söz açıb.

Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışı zamanı bildirib ki, ailə institutunun qorunub saxlanılması bir çox çətinlilklərlə üzləşir. Bu da bir çox hallarda kənardan gələn meyllərin təsiri altında baş verir".

© Sputnik / Murad Orujov"Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans
Müasir mediada ailə, qadın və uşaq məsələləri mövzusunda konfrans - Sputnik Azərbaycan
1/7
"Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans
© Sputnik / Murad Orujov"Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans
Müasir mediada ailə, qadın və uşaq məsələləri mövzusunda konfrans - Sputnik Azərbaycan
2/7
"Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans
© Sputnik / Murad OrujovPrezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev - Sputnik Azərbaycan
3/7
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev
© Sputnik / Murad OrujovAilə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova - Sputnik Azərbaycan
4/7
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
© Sputnik / Murad OrujovMətbuaş Şurasının səfr müavini Müşfiq Ələsgərli
Mətbuaş Şurasının səfr müavini Müşfiq Ələsgərli - Sputnik Azərbaycan
5/7
Mətbuaş Şurasının səfr müavini Müşfiq Ələsgərli
© Sputnik / Murad OrujovMilli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva - Sputnik Azərbaycan
6/7
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva
© Sputnik / Murad OrujovMilli Məclisin mətbuat xidmətinin əməkdaşı Ülviyyə Abdullayeva
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Ülviyyə Abdullayeva - Sputnik Azərbaycan
7/7
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Ülviyyə Abdullayeva
1/7
"Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans
2/7
"Müasir mediada ailə, qadın və uşaq məsələləri" mövzusunda konfrans
3/7
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev
4/7
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
5/7
Mətbuaş Şurasının səfr müavini Müşfiq Ələsgərli
6/7
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva
7/7
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Ülviyyə Abdullayeva

Ə. Mehdiyev jurnalistlərin bu sahədə ixtisaslaşması üçün təlimlərin keçirilməsini önəmli hesab etdiyini nəyan edib.

Daha sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mediada ailə, qadın və uşaq problemləri haqqında məqalələrdəki problemlərə toxunub.

Konfrans iştirakçıların müzakirələri ilə davam edib.

Tədbirin yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2017-ci ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlər mükafatlandırılıb. Mükfatlandırlanlar arasında Sputnik Azərbaycan-ın əməkdaşı da var.

Xəbər lenti
0