"Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur"

BAKI, 20 iyul — Sputnik. "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur". Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimində deyib.

Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.

Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə mütəmadi görüşlərini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, jurnalistlər üçün binaların tikintisi bu siyasətin təzahürüdür.

Xəbər lenti
0