Fazil Mustafa: “Qanunun şərtlərinə əməl etmək vacibdir”
Bankların jurnalistlərə kredit verməməsi diskriminasıyadır. Bunu Sputnik-Azərbaycana açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, belə davranarkən banklar jurnalistlərin hüquqlarını pozur: "Çünki vətəndaşın bütün kateqoriyaları onlar üçün eyni olmalıdır. Hər halda bunu düzgün hesab etmirəm. Bu, qanuna zidd davranışdır. Krediti almaq üçün sənədləri yerində olan insanlara kredit vermirlərsə, deməli bankların özlərinin ciddi narahatlıqları var".
"Bu narahatlıq qanunun tələblərini pozmağa əsas verməməlidir. Onlar düşünməlidirlər ki, qanunun şərtlərinə əməl etmək vacibdir. Jurnalistlər aparıcı peşə sahibləridir və onların hər hansı bir şəkildə bu məsələdə diskriminasiyaya məruz qalması yolverilməzdir" — deputat vurğulayıb.