SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Türkiyəyə qarşı səbrimiz bitdi"

© REUTERS / Fabrizio BenschAlmanya Dışişleri Bakanı Sigmar Gabriel
Almanya Dışişleri Bakanı Sigmar Gabriel - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ədliyyəsi alman aktivisti, hökuməti çevriliş yolu ilə dəyişməyə çalışan ekstremistlərə yol göstərməkdə təqsirləndirir

BAKI, 20 iyul — Sputnik. "Türkiyəyə qarşı çox səbrli davrandıq, baxmayaraq ki, bu cür davranmaq olduqca çətin idi". Sputnik Türkiyə xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Siqmar Qabriel jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Türkiyə ilə üz-üzə gəlməmək əsas prioritetimiz olub. Həmişə dialoqu artırmaq istəmişik. Lakin biz görürük ki, bu artıq belə davam edə bilməz. Türkiyəyə qarşı siyasətimizə yenidən baxmaq məcburiyyətindəyik. Çünki bu ölkədə baş verənləri gözardı edə bilmərik. Əlbəttə, Türkiyə ilə yaxşı əlaqələrimizin olmasını istəyirik, ancaq tanqo iki nəfərlik rəqsdir" — Siqmar Qabriel bildirib.

Xatırladaq ki, alman vətəndaşı olan insan haqları müdafiəçisi Peter Ştidetner iki gün əvvəl İstanbulda, ani polis basqını ilə həbs olunub. Türkiyə ədliyyəsi alman aktivisti, hökuməti çevriliş yolu ilə dəyişməyə çalışan ekstremistlərə yol göstərməkdə təqsirləndirir.

Xəbər lenti
0