BAKI, 19 iyul — Sputnik. Prezident İlham Əliyev Əkrəm Zeynallının Çinə səfir təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".