Bu suallara Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində tanınmış jurnalistlər — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzvü Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət və "Sputnik Azərbaycan" BİA-nın əməkdaşı Ülkər Abdullayeva cavab veriblər.
Azərbaycan KİV işçilərinin peşə bayramı ilk mətbu nəşrin — Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin (1875-1877) yaradıldığı gündür.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olub. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olunub.