BAKI, 19 iyul — Sputnik. İyulun 20-də gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyət magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədardır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.