BAKI, 19 iyul — Sputnik. "Biosfer" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə yardımı ilə, "Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 15-də sonuncu peşəyönümlü kurs təşkil olunub. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 181 sayıə orta məktəbdə keçirilən təlimdə 20 nəfər oğlan uşağı iştirak edib.
Bu dəfə uşaqlara müxtəlif fiqurların hazırlanması, muncuqlardan suvenirlər düzəldilməsi, dibçəklərdə ağac formalarının yaradılması üzrə təlim keçirilib. Uşaqların fəallığı təlimçilərdə xüsusi ruh yüksəkliyi yaradıb.