Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu qidalar insanı həm cavanlaşdırır, həm də gözəlləşdirir

© AP Photo / Paul SakumaAvokado
Avokado - Sputnik Azərbaycan
Abunə olmaq
Dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidaları siz də tanıyın

BAKI, 19 iyul — Sputnik. Amerikanın "Women's Health" jurnalı Sandra Ballak, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları araşdırıb.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, siyahıda 6 qida yer alıb.

Beləliklə, dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidalar bunlardır:

1. Somon balığı — bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərləri təsirindən qoruyur.

2. Kök — yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin turşuluq miqdarını nizamlayır və bakteriyalardan qoruyur.

3. Avokado — zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.

4. Paxla — antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.

5. Üzüm — üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.

6. Su — dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.

Xəbər lenti
0