BAKI, 19 iyul — Sputnik. Bakıda piyadanın ölümü ilə nəticələnən qol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib. “Mercedes Sprinter” markalı mikroavtobus yolu keçmək istəyən piyadanı güzgüsü ilə vurub yerə yıxıb. Bu zaman Türkiyə vətəndaşının icarəyə götürərək idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yerə yıxılan piyadanın üstündən keçib. Orta yaşlarında olan kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.
Hadisə şahidləri ölən piyadanın sərxoş olduğunu iddia edirlər.
Qeyd edək ki, hadisə daha bir qəzanın baş verməsinə səbəb olub. Belə ki, hadisə görərək sürətini azaldan “Jeep Wrangler” markalı avtomobilə arxadan “Toyota Camry” markalı avtomobili çırpılıb. Bu qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.