Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məleykə Abbaszadə müstəqil ekspert bazasının necə formalaşmasından danışır

© Sputnik / Murad OrujovМалейкя Аббасзаде
Малейкя Аббасзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, müstəqil ekspert bazasına daxil olmaq üçün ekspertlər mütləq təlim keçməlidirlər

Məleykə Abbaszadə: “Müstəqil ekspert bazasını DİM formalaşdırır”
"Müstəqil ekspert bazasına daxil olmaq üçün ekspertlər mütləq təlim keçməlidirlər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib: “Kimisə işə götürən dövlət qurumu komissiyanı özü təşkil edir. Biz də öz nümayəndəmizi göndəririk. İkinci nümayəndə isə müstəqil ekspert olur. Müstəqil ekspert bazasını da DİM formalaşdırır”.

“Komissiyada dövlət orqanının bir, vətəndaş cəmiyyətinin isə iki nümayəndəsi iştirak edir. Çünki DİM özü də dövlət qulluğuna aid deyil. Dövlət qulluğuna qəbul olunan şəxsin qarşısındakı komissiya üzvlərindən yalnız biri dövlət orqanın nümayəndəsi olur. Əgər vətəndaş cəmiyyəti fəal olsa bu prosesdə heç bir problem yaranmayacaq” – deyə o bildirib. 

Xəbər lenti
0