Baş Qərargah rəisi istefa verdi

© AP Photo / Kamil ZihniogluFransa ordusunun Baş Qərargah rəisi Pyer de Vilye
Fransa ordusunun Baş Qərargah rəisi Pyer de Vilye - Sputnik Azərbaycan
Abunə olmaq
İstefadan bir qədər öncə Vilyenin səlahiyyətləri 2018-ci ilin iyulunadək uzadılıb

BAKI, 19 iyul — Sputnik. Fransa ordusunun Baş Qərargah rəisi Pyer de Vilye istefa verib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Baş Qərargah rəisi bu qərarı, yeni prezident Emmanuel Makronla aralarında yaşanan münaqişə fonunda verib.

Ölkənin "Le Figaro" qəzetinin yazdığı xəbərə görə, ölkə başçısının müdafiə sahəsinə ayrılan vəsaitin azaldılması barədə imzaladığı fərman Pyer de Vilyeni narazı salıb. Bu səbəblə ikili arasında mübahisə yaranıb.

Maraqlıdır ki, istefadan bir qədər öncə Vilyenin səlahiyyətləri 2018-ci ilin iyulunadək uzadılıb.

Xəbər lenti
0