BAKI, 19 iyul — Sputnik. Türkiyədəki 15 iyul çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən, Misirin "Əl-Yavm" qəzetinə sensasion açıqlamalar verib. Sputnik Türkiyə xəbər verir ki, Fətullah Gülən çevrilişin arxasında atatürkçülərin dura biləcəyini iddia edib.
"Bu çevriliş təşəbbüsünün arxasında millətçi, dünyəvi kəsimlərin olduğunu düşünürəm" — Gülən bildirib.
Türkiyə dövlətinin terror təşkilatının lideri olaraq gördüyü F.Gülən, ABŞ prezidenti Donald Trampın onu Türkiyəyə ekstradisiya etməsi halında, qaçmayacağını və Ankaraya gedəcəyini söyləyib.