ELM

"Mənzil problemi yaxın günlərdə həll olunacaq"

© Sputnik / Murad OrujovЗдание Национальной Академии Наук Азербайджана в Баку
Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA: Mənzillərlə bağlı yaranmış problemin həlli üçün yaxın günlərdə qərar veriləcək

BAKI, 19 iyul — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib.

AMEA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.

Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədi ilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış evlərinin inşası üçün ölkənin aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

Xəbər lenti
0