Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Belə düşmənçiliyi heç kəs etməzdi, onlar etdi

CC0 / 422737 / SugarŞəkər tozu
Şəkər tozu - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyə qədər şəkər xəstələrinə dərman kimi sırınan süni dadlandırıcılar əslində ziyanlı imiş

BAKI, 18 iyul — Sputnik. Kanada alimləri müəyyən ediblər ki, süni dadlandırıcılar insan orqanizmi üçün son dərəcə zərərlidir.

Tədqiqatlar nəticəsində üzə çıxıb ki, aspartam, steviya, sukraloza kimi süni şəkər əvəzediciləri əslində orqanizm üçün son dərəcə zərərlidir. Onlar istehlak obyekti olan xəstələrin özlərinə də ziyanlıdır. Üstəlik bu süni dadlandırıcılar insanda çəkini də artırırlar.

Öz nəticələrini sübuta yetirmək üçün Manitoba Universitetinin alimləri 400-dən artıq adamın iştirakı ilə eksperiment apararaq 37 metaanaliz həyata keçiriblər. Tədqiqatın subyektləri 10 il ərzində müşahidə altında olublar. 

Молодая пара сидит на берегу моря в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Evlənmək istəyənlərdə qorxulu xəstəliklər aşkarlandı

Məlum olub ki, süni dadlandırıcılar qısamüddətli perspektivdə o qədər də təhlükəli görünmürlər. Amma uzunmüddətli perspektivdə onlar piylənməyə, diabetə, yüksək qan təzyiqinə və ürək problemlərinə gətirib çıxarırlar.

Alimlər bu yekun nəticəyə gəliblər ki, sağlam qidalar bazarına ayaq açmış şəkər əvəzediciləri elə də təhlükəsiz deyillər. Həm də bu süni dadlandırıcılar artıq çəki ilə mübarizədə az effektivdirlər. Üstəlik, onların bir müddətdən sonra orqanizmdə alışqanlıq yaratmaq, piylənməni sürətləndirmək qabiliyyətləri də var.

Odur ki, Kanada alimləri başda şəkər xəstələri olmaqla hər kəsi süni dadlandırıcılardan uzaq durmağa çağırıblar. "Əgər imkanınız varsa, şirin qidalardan uzaq durun. Yox əgər heç cür bundan imtina edə bilmirsizsə, onda təbii şəkərə üstünlük verin, nəinki süni dadlandırıcılara"- deyə Manitoba Universitetinin dietoloqları bildiriblər.

Xəbər lenti
0