BAKI, 18 iyul — Sputnik. Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər ölüb.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər "Kamaz"a, daha sonra “Mercedes” markalı mikroavtobusa çırpılıb.
"Mercedes"də sürücü ilə birgə ümumilikdə 9 nəfər olub, onlardan 3-ü hadisə yerində ölüb. Daha iki nəfər sonradan xəstəxanada keçinib.