BAKI, 18 iyul — Sputnik. Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli Report-a bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlaqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq.
Sentyabrın 5-i iş günüdür.