BAKI, 18 iyul — Sputnik. Hər il 22 iyulda Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Azərbaycan KİV işçilərinin peşə bayramı ilk mətbu nəşrin — Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin (1875-1877) yaradıldığı gündür.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olub. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olunub.
Bəs bu gün Azərbaycan jurnalistikasının qarşısında hansı məsələlər dayanır və onlar necə həyata keçirilir? Bu barədə iyulun 19-da saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində tanınmış jurnalistlər — Müşfiq Ələsgərli, Azər Həsrət, Ülkər Abdullayeva, Natiq Məmmədli, Ayaz Mirzəyev və başqalarının iştirakı ilə müzakirə aparılacaq.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində — Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.