İstanbul təbii fəlakətə təslim oldu

© REUTERS / Osman Orsalİstanbulda yağan güclü yağış
İstanbulda yağan güclü yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlara evdən çıxmamaq tövsiyə edilib

BAKI, 18 iyul — Sputnik. Bu gün İstanbulda yağan güclü yağış yollara və mağazalara zərər verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər İstanbulda, orta hesabla hər kv metrə 60 litr yağış düşüb. Yağışın günorta saatlarında artıb, axşama qədər fırtına şəklində davam edəcəyi gözlənilir.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan KİV-ə açıqlamasında bildirib ki, yağışın vətəndaşlara vurduğu zərər müəyyən edildikdən sonra kompensasiya ödəniləcək.

Qeyd edək ki, İstanbulda yağan güclü yağış avtomobil yollarına da təsir edib, hazırda yüzlərlə avtomobil yolda qalıb. Metrostansiyaları su basıb.

Verilən məlumata görə, ən çox yağış yağan ərazi Silivri olub. Belə ki, burada hər kv metr əraziyə 110 litr yağış düşüb. Silivridə yağışdan zərərçəkənlər qayıqlarla xilas edilib.

Yağışla bərabər küləyin surəti də artaraq saatda 70-80 km-ə qalxıb. Yağış səbəbi ilə bəzi metro reysləri müvəqqəti olaraq dayandırılıb. Vətəndaşlara günortadan sonra evdən çıxmamaq tövsiyə edilib.

Xəbər lenti
0