BAKI, 18 iyul — Sputnik. "Sizi əmin edirəm ki, vaxt gələcək, prezident Donald Tramp, Amerikanın Təl-Əvivdəki səfirliyini Qüds şəhərinə köçürəcək. Sadəcə zaman lazımdır". Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens, "Xristianlar yəhudilər üçün" adlı sammitdə çıxışı zamanı deyib.
Vitse-prezident həmçinin əlavə edib ki, Amerika Birləşmiş Ştatları hər zaman İsrailin xeyri üçün çalışır.