Prezident qardaşını xilas edə bildi

© AFP 2024 / STRINGER Президент Ирана Хасан Роухани, фото из архива
Президент Ирана Хасан Роухани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaldıb

BAKI, 18 iyul — Sputnik. Külli miqdarda pulu mənimsəməkdə ittiham olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun zaminə buraxılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, onun azadlığa buraxılması üçün öncə 500 milyard rial, yəni 13,3 milyon dollar tələb olunub. Ancaq sonra məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.

Xatırladaq ki, İran prezidentinin qardaşı iyulun 16-da həbs olunmuşdu. Hüseyn Firidun 2015-ci ildə ölkənin nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi elçisi olub.

Xəbər lenti
0