BAKI, 18 iyul — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti mini-ətək və qısa kofta geyən, çəkildiyi videonu isə internetdə yayan qadını axtarır. Sputnik Azərbaycan bu barədə BBC News-ə istinadən məlumat yayıb.
“Xulud” ləqəbli qadının “Snapchat”da yerləşdirdiyi videoda qadının Avropa sayağı geyim geydiyi və tarixi Necdə qalasının boş küçələrində addımladığı görünür. Bu video Səudiyyə Ərəbistanında ciddi reaksiyaya səbəb olub. Sosial şəbəkələrdə insanların bir qismi onu cəsurluğuna görə tərifləyir, digərləri isə İslam qaydalarını pozduğuna görə sərt cəzalandırmağı tələb edirNecdə sakinləri əyalətin qubernatorunu qadını tapıb məsuliyyətə cəlb etməyə çağırıblar.
Səudiyyəli qadınlar abayya (qolları olan uzun don) geyməlidirlər. Bundan əlavə, qadınlar saçlarını və özlərini də gizlədirlər.