Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar banklarda daha da bahalaşdı

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidПункт обмены валюты. Архивное фото
Пункт обмены валюты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən də dollar manat qarşısında güclənmişdi

BAKI, 18 iyul — Sputnik. Ötən cümə günündən başlayaraq dollar manat qarşısında bahalaşmaqda davam edir. Dünən də dollar manat qarşısında güclənmişdi.

Sputnik Azərbaycan “Marja”ya istinadən xəbər verir ki, bu gün dolların ən yüksək alış qiyməti 1.7005 manata qalxıb. Dünən banklar dolları ən sərfəli halda 1.70 manatdan da aşağı alırdılar. Dolların ən aşağı satış qiyməti dünən səhərdən 1.70 manatdan yüksəkdir.

Məsələn, bu gün Yapı Kredi Bank Azərbaycan alışı 1.6980 manatdan 1.7005 manata, satışı 1.7050 manatdan 1.7070 manata, KapitalBank alışı 1.6950 manatdan 1.6960 manata, satışı 1.7030 manatdan 1.7040 manata, GünayBank alışı 1.6980 manatdan 1.70 manata, satışı isə 1.7030 manatdan 1.70 manata qaldırıb.

Xəbər lenti
0