Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sputnik Azərbaycan-a deyir ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son vaxtlar qeyri-neft sektorunun inkişafına diqqət artırılıb: “Bu baxımdan qeyri-neft sektorunun bir qolu olan kənd təsərrüfatının inkişafına da xüsusi qayğı göstərilir”.
“Vaxt var idi Azərbaycan pambıq istehsalına görə lider ölkələrdən biri olmuşdu. 2015-ci ildə Azərbaycanda 30 min, 2016-cı ildə isə 90 min ton pambıq istehsal olunub. 2017-ci ildə istehsalın 200-250 min ton olması planlaşdırılır. Pambığın istehsalının artırılması yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Pambığın istehsalı ağır zəhmət tələb etsə də, indiki dövrdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün böyük əhəmiyyəti var” — deyə o bildirib.