BAKI, 18 iyul — Sputnik. Bu gün səhər Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 28 ünvanında yerləşən kimyəvi təmizləmə məntəqəsində yanğın baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib. Yanğının qarşısı saat 9:26-da tam alınıb. İçəridə qalan tüstüdən zəhərlənərək ölmüş şəxsin meyiti çıxarılaraq aidiyyatı quruma təhvil verilib.