Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakıda tarixi sammit: İsrail niyə dəvətli deyil?

Abunə olmaq
Qüds sammiti: İsrail Azərbaycandan küsə bilərmi?

BAKI, 18 iyul — Sputnik. İyulun 20-də paytaxt Bakıda, Qüds problemi ilə bağlı iki gün davam edəcək beynəlxalq konfrans işə başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, eləcə də Azərbaycan hökuməti tərəfindən təşkil olunub. Zirvədə BMT baş katibinin xüsusi elçisi, Fələstin dövlətinin, digər ərəb ölkələrindən dövlət rəsmilərinin iştirak edəcəyi və nitq söyləyəcəyi gözlənilir.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək. Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT yanında daimi müşahidəçisi Riyad Mənsur başçılıq edəcək.

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Zirvəyə İsrail tərəfdən heç kimin dəvət almaması diqqət çəkib. Bu cür həssas məsələ ilə bağlı Bakıda konfrans təşkil edilməsinin Bakı – Tel-Əviv xəttində gərginlik yaradıb-yaratmayacağı isə sual doğurur.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Qüds məsələsi ilə bağlı konfrans cari prosesdir: "Qüds ətrafında aparılacaq müzakirələr, prosesin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv təhlilinə və obyektiv nəticələrin çıxarılmasına köməklik göstərəcək".

İlqar Vəlizadə hesab edir ki, Qüds probleminin yaxın müddətdə həll olunmasını heç kim gözləmir: "Yaxın zamanda bu məsələnin çözülməsini heç kəs gözləmir. Lakin obyektiv müzakirələr, bu problemin həll olunması yollarının daha mükəmməl şəkildə aşkara çıxarılmasına yardım edə bilər".

"Bakıda keçiriləcək zirvənin Azərbaycan-İsrail münasibətlərinə təsirinə gəlincə, düşünürəm ki, iki ölkə əlaqələri bu konfransa görə korlanmaz. Hamıya məlumdur ki, Azərbaycan rəsmi şəkildə Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Lakin bu, İsraillə əlaqələrimizə mənfi təsir etmir" — politoloq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda həm İsrail, həm də Fələstinin səfirlikləri fəaliyyət göstərir: "Hər ikisi ilə də münasibətlərimiz var. Həm Fələstin, həm də İsrail bunun səbəblərini gözəl başa düşür və rəsmi Bakıdan onun maraqlarına uyğun gəlməyən addım atılmasını tələb etmirlər. Beləliklə də, hansısa ziddiyyətlərin yaranması üçün səbəb qalmır"

© Photo : PUBLIC DOMAINOqtay Sadıxzadə
Oqtay Sadıxzadə - Sputnik Azərbaycan
Oqtay Sadıxzadə

Bakı Slavyan Universitetinin professoru Oqtay Sadıxzadə də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rəsmi Bakının Fələstin məsələsində mövqeyi dünya birliyinin mövqeyi ilə üst-üstə düşür: "Bakıda keçiriləcək konfrans olduqca aktualdır. Beynəlxalq səviyyədə vacib məsələlərdən biridir. Rəsmi Bakının mövqeyi dünya birliyinin müəyyən etdiyi ölçüdədir".

"Fələstin məsələsində Qərb-Rusiya qarşıdurması yoxdur. Hər kəs İsraildən 1967-ci ildən əvvəlki sərhədlərə qayıtmasını istəyir. Lakin İsrail bu məsələdə dirənir. İşğal etdiyi ərazilərdə süni yaşayış yerləri salmaqda davam edir. Üstəlik bunu Qüds şəhərinin şərqində də edir. Halbuki, beynəlxalq ictimaiyyət Qüdsün şərqinin Fələstin muxtariyyətinin idarəçiliyinə verilməsini tələb edir. Ancaq İsrail bunu da istəmir" – Oqtay Sadıxzadə bildirib.

"Azərbaycanın özünün torpaqları işğal altındadır. Ona görə də, bu cür həssas məsələdə rəsmi Bakı, İsraillə dost münasibətlərə baxmayaraq, işğal faktını dana bilməz. Yəni özünə rəva görmədiyini, başqasına da görməz" — o vurğulayıb.

Professor üstəlik əlavə edib ki, Fələstin bayrağı 1 ildən çoxdur, Nyu-Yorkdakı BMT binasında dalğalanır: "Baxmayaraq ki, ABŞ özü hər zaman İsrailin yanında durduğunu desə də, Fələstin mövzusunda onlar da 1967-ci ildən əvvəlki sərhədləri ölçü olaraq götürürlər. Biz situasiyanı, prosesləri sürətləndirmək, qabaqlamaq istəmirik. Bu məsələdə dünyanın aparıcı dövlətlərindən qabağa düşmək istəmirik. Bu, bizə diplomatik dividend gətirməz. Ancaq meydança kimi burda görüşlər təşkil etmək diplomatiyamız üçün həm müsbət xal, həm də əlavə ştrixdir".

Xəbər lenti
0