CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bu yolunda yerüstü piyada keçidləri inşa edilir

© Photo : AzeravtoyolZığ - Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir
Zığ - Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir - Sputnik Azərbaycan
Abunə olmaq
Keçidlərin hər birinin uzunluqları 41,2 metr, qalereyasının eni 3,8 metr, hündürlüyü isə 3 metrdir

BAKI, 17 iyul — Sputnik. Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir.

"Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni piyada keçidləri sözügedən yolun 1,8, 2,7 və 4,4-cü km-lik hissələrində yerləşir.

Keçidlərin hər birinin uzunluqları 41,2 metr, qalereyasının eni 3,8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5,7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.

Aparılan işlər çərçivəsində hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi "cib"li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Keçidlərin tikintisi ilə həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Xəbər lenti
0