SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev: “Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar”

BAKI, 17 iyul — Sputnik. “Mənim səfərim ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm addımdır. Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar. Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Bu, çox yüksək səviyyəli əməkdaşlıqdır və bəyannamədə bir çox sahələr, o, cümlədən iqtisadi və ticari əməkdaşlıq əhatə olunur.

-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib ki, biznes forum zamanı bir neçə müqavilə imzalanacaq: “Bu müqavilələr isə bizim bu səhər cənab Prezidentlə müzakirə etdiklərimizi əks etdirəcəkdir. İqlim şəraitimizin müxtəlifliyinə görə bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik, siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir”. 

Президент Ильхам Алиев ознакомился с условиями, созданными в новом парке в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident İlham Əliyev: "Məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim"

Prezident İlham Əliyev bildirib ki iki ölkə arasınd iqtisadi əməkdaşlığın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər: “Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır. Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk”.

“Bizim Latviya ilə elə güclü əməkdaşlıq formatımız var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı. Bu gün biz, həmçinin biznes, turistlər, xalqlar arasında əlaqələr üçün çox vacib məsələni müzakirə etdik. Söhbət il ərzində fəaliyyət göstərəcək Bakı və Riqa arasında birbaşa uçuş reysindən gedir. İndi bizim mövsümi reysimiz var, biz onu daimi etmək istəyirik. Bu, əlbəttə ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda, biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət etmək üçün bu reysdən daha müntəzəm istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən çox cəlbedici edəcəkdir. Beləliklə, reys təkcə ölkə rəhbərliyinin qərarı ilə deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış olardı. Sizin diqqətinizi yönəltmək istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür. Çünki bizim insanlar ola bilsin qızmar yayda sərinləməyə üstünlük verir, latviyalılar isə çox güman ki, qış və digər mövsümlərdə daha çox günəşli havaya can atırlar. Buna görə də turizmə investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə çox cəlbedici etmək üçün böyük potensial mövcuddur. Lakin bunun üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz olmalıdır. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməliyik və bu, bizim münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və mənim bu səfərim buna çox vacib bir töhfədir” — dövlət başçısı vurğulayıb. 

Xəbər lenti
0