CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava limanı yolunda ölümlə nəticələnın ağır qəza

© Photo : Facebook / mais.aghayev.5Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Dewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb

BAKI, 17 iyul — Sputnik. Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub.

© Photo : Facebook / mais.aghayev.5Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi

Zərbənin təsirindən avtomobillər “VAZ 2107” markalı minik avtomobilə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Dewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

© Photo : mais.aghayev.5Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

Xəbər lenti
0