Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Retro Bakı" layihəsinə start verildi

© Photo : TREND"Retro Bakı" layihəsi
Retro Bakı layihəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Retro Bakı" sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilərlə tamaşaçıların görüşünə gələcək

BAKI, 17 iyul — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yenidən "Retro Bakı" layihəsinə start verib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən "Retro Bakı" layihəsi çərçivəsində şəhər sakinlərinin həftə sonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib.

İlk açılış konsertində tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, məşhur şanson mahnıların ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Gümüş, Tafur, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Həmçinin, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim olunub, yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. "Retro Bakı" sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək.

Xəbər lenti
0