Müxalifət lideri xalqı küçələrə çağırdı

© REUTERS / Osman OrsalCHP lideri Kamal Kılıçdaroğlu tərəfdarlarının mitinqi, İstanbul, 9 iyul 2017-ci il
CHP lideri Kamal Kılıçdaroğlu tərəfdarlarının mitinqi, İstanbul, 9 iyul 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkəni əvvəlki demokratiyasına qaytarmağa söz verirəm"

BAKI, 17 iyul — Sputnik. Türkiyənin Respublikaçı Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu, İngiltərənin "Times" qəzetinə gözlənilməz açıqlamalar verib. Sputnik Türkiyə xəbər verir ki, o, xalqdan küçələrə çıxmasını istəyib.

"Bundan sonra meydan, küçə mitinqlərini daha çox təşkil etməyi düşünürəm. Türkiyəni əvvəlki demokratiyasına qaytarmağa söz verirəm" — Kılıçdaroğlu bildirib.

Müxalif lideri sözlərinin davamında, "Biz 15 iyul çevriliş cəhdinə qarşıyıq. Yaşananları insanların demokratiya mübarizəsi olaraq görürük. Amma digər tərəfdən, saray çevrilişi olduğunu da görürük. İqtidar 15 iyuldan faydalanaraq fövqəladə vəziyyət elan etdi. Bizim üçün bu, sarayın xalqa vurduğu zərbədir" deyib.

Bu arada, Türkiyənin Tekirdağ vilayətində, FETÖ istintaqı çərçivəsində 115 nəfər həbs olunub. Onlar FETÖ üzvlərinin "By Lock" adlı gizli ünsiyyət şəbəkəsindən istifadədə təqsirləndirilir.

Xəbər lenti
0