Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda bir kəndin əhalisi səksəkə içərisindədir

© Sputnik / Ilham AhmadovDağ Göylər kəndində sahibsiz itlər
Dağ Göylər kəndində sahibsiz itlər - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq qurumlar təcili tədbir görməsə, daha faciəvi nəticələr meydana çıxa bilər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Şamaxının Dağ Göylər kəndində quduzlaşmış sahibsiz itlər, sakinlərdən birinin şəxsi təsərrüfatındakı qoyunları parçalayıb. Bu, rayonda ilk belə hadisə olmadığı, dəfələrlə təkrarlandığı üçün, sakinlərdə ciddi narahatlıq başlayıb.

© Sputnik / Ilham AhmadovŞamaxının Dağ Göylər kəndində quduzlaşmış itlərin parçaladığı qoyunlar
Şamaxının Dağ Göylər kəndində quduzlaşmış itlərin parçaladığı qoyunlar - Sputnik Azərbaycan
Şamaxının Dağ Göylər kəndində quduzlaşmış itlərin parçaladığı qoyunlar

Sonuncu dəfə bu günlərdə Dağ Göylər kənd sakini, 33 yaşlı Toğrul Salahova məxsus qoyunlar sahibsiz itlərin hücumuna məruz qalıb. Salahovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, qardaşı qoyunları tövləyə salmaq istəyəndə it sürüsünün basqınına məruz qalıblar.

"İtləri ərazidən uzaqlaşdırdıqdan sonra, üç qoyunun parçalandığını görüb. Kənd baytarlıq idarəsinin səlahiyyətli nümayəndəsi hadisə yerinə gələrək ərazini dezinfeksiya etdi. Tələf olmuş heyvanları isə kəndin ərazisindən uzaqlaşdıraraq məhv etdik" — sakin deyib.

Onun sözlərinə görə, bu ay ərzində artıq üçüncü dəfədir ki, itlər həyətlərə hücum edib və nəticədə 15-dən çox qoyunu parçalayıb. Bununla bağlı dəfələrlə yerli orqanlara müraciət etsələr də, hələlik heç bir tədbir görülməyib. Kənd sakinləri sahibsiz itlərin əhaliyə də hücum edəcəyindən narahatdırlar.

© Sputnik / Ilham AhmadovSahibsiz itlər kənd sakini Toğrul Salahova məxsus 15-dən çox qoyunu parçalayıb
Sahibsiz itlər kənd sakini Toğrul Salahova məxsus 15-dən çox qoyunu parçalayıb  - Sputnik Azərbaycan
Sahibsiz itlər kənd sakini Toğrul Salahova məxsus 15-dən çox qoyunu parçalayıb

Rayon Baytarlıq İdarəsindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirildi ki, sahibsiz itlərin tələf olunması qanunla qadağan olunduğu üçün, itlərin məhv edilməsi mümkün deyil.

Beləliklə, görülən budur ki, məsul şəxslər hadisənin daha da böyüyənə və sahibsiz itlər insanlara xəsarət yetirənədək heç bir tədbir görməyəcəklər.

Xəbər lenti
0