Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İcra hakimiyyətinin əməkdaşları atəşə tutuldu

© evening-kazan.rutapança
tapança - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarına silahlı hücum edilib

BAKI, 17 iyul — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda silahlı insident baş verməsi ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti
0