BAKI, 17 iyul — Sputnik. Cənubi Koreya prezidenti Mun Çje İn, Şimali Koreya rəhbərliyinə çağırış edib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, Mun Çje İn, yarımadada gərginliyin azaldılması üçün rəsmi Pxenyana hərbi danışıqlar aparılmasını təklif edib.
"Biz təklifimizə müsbət cavab veriləcəyinə ümid edirik" — Cənubi Koreya Müdafiə nazirliyinin bəyanatında qeyd olunur.
Qeyd edək ki, əgər KXDR rəhbərliyinin cavabı müsbət olsa, hərbi danışıqlar iki dövlət arasındakı "silahsızlanma" zonasında keçiriləcək.