BAKI, 17 iyul — Sputnik. Ötən həftənın cümə günü banklarda dolların bahalaşması müşahidə olunduğu barədə xəbər vermişdik. Ötən həftə dolların ən aşağı satış qiyməti 1.70 manata çıxmışdı.
Sputnik Azərbaycan “Marja”ya istinadən xəbər verir ki, bazar ertəsi günü də banklarda bolların qalxması davam edir. Məsələn, Kapital Bank dolların alış qiymətini 1.6930 manatdan 1.6950 manata, satışını isə 1.70 manatdan 1.7020 manata qaldırıb. Kapital Bank ötən həftə də dolları qaldırmışdı.
Azərpoçt alışı 1.6850 manatdan 1.69 manata, Amrahbank alışı 1.6950 manatdan 1.6960 manata, satışı 1.70 manatdan 1.7020 manata, GünayBank 1.6960 manatdan 1.6970 manata, satışı isə 1.70 manatdan 1.7010 manata, Expressbank alışı 1.6930 manatdan 1.6950 manata, satışı isə 1.7020 manatdan 1.7040 manata, bank of Baku alışı 1.6930 manatdan 1.6950 manata, satışı 1.7020 qaldırıb.
Hazırda dolları ən ucuz satan bank “Azər-Türk Bank”dır. Bu bank dolları 1.700 manata satır.