Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda avtobus dağdan aşdı

© Sputnik / Fuad HasanovAsfalt örtüyü dağılmış yol, arxiv şəkli
Asfalt örtüyü dağılmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı mikroavotobusda 15 nəfər olub

BAKI, 17 iyul — Sputnik. Dünən axşam saatlarında Siyəzən rayonunda ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. Onlardan 8 nəfəri qəzada xəsarət alıb. Yaralılar 1982-ci il təvəllüdlü Elçin Balabəyov, 1988-ci il təvəllüdlü Cavid Əzimov, 1990 təvəllüdlü Salamov Pərviz Fəxrəddin oğlu, 1988 təvəllüdlü Ağayev Ceyhun Qəhrəman oğlu, 1981 təvəllüdlü Balabəyov Firuz Canlar oğlu, 1991 təvəllüdlü Cəbrayılov Cəlil Ayətşah oğlu, 1994-cü il təvəllüdlü Məstanov Vüsal Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədzadə Şəmsi Əvəzağa oğludur. Onların vəziyyəti orta–ağır hesab edilir.

Xatırladaq ki, Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.

Xəbər lenti
0