Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan banklarının verdiyi kreditlərin həcmi niyə azalır?

© Sputnik / Murad OrujovСамир Алиев, экономист
Самир Алиев, экономист - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Samir Əliyev deyir ki, Azərbaycana kredit verilməsində baş verən bu azalma devalvasiyanın törətdiyi nəticələrdir

Samir Əliyev: “Kreditlərin həcminin azalmasında Mərkəzi Bankın keçirdiyi depozit hərraclarının da təsiri var”
2017-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistika göstərir ki, may ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 14 mlrd. 378,6 mln. manat təşkil edib ki, bu da mayın 1-ə olan göstərici ilə müqayisədə 655,4 mln. manat və ya 4,36% azalma deməkdir.

İqtisadçı ekspert Samir Əliyev Sputnik Azərbaycana deyir ki, kredit verilməsində baş verən bu azalma devalvasiyanın törətdiyi nəticələrdir: “Devalvasiyadan öncə banklar özlərini sığortalamaq üçün verdikləri kreditlərin strukturunda dollara üstünlük verməyə başladılar. Bu proses kredit verilməsində problemlər yaşatdı, problemli kreditlərin sayı artmağa başladı”.

“Bankların kredit şəklində verdiyi vəsait öz vəsaitləri deyil. Bu o deməkdir ki, kreditlər qaytarılmadıqda bank əmanətçisi qarşısında öhdəliklərini yerinə yetirə bilmir.  Bu baxımdan xeyli bank bağlandı. Bankdakı aktivlərin zərərli, qeyri-işlək olması onları vadar etdi ki, ya kreditləşməni dayandırsın, ya da məhdudlaşdırsın. Hətta mən düşünürəm ki, digər səbəb Mərkəzi Bankın keçirdiyi depozit hərraclarıdır” – deyə o bildirib. 

Xəbər lenti
0