CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evsizlik problemi belə həll olunur

© Sputnik / Anar MustafayevСтроящийся жилой комплекс в Хатаинском районе Баку, фото из архива
Строящийся жилой комплекс в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib

BAKI, 17 iyul — Sputnik. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 milyon manat olmuş, onun 60,6 milyon manatı dövlət, 321,6 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikilib, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

Xəbər lenti
0