Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ölkəmizdə gözlənilən beynəlxalq festival baş tutub

© Sputnik / Leyla AbdullayevaII Beynəlxalq Dolma Festivalı
II Beynəlxalq Dolma Festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz rayonunda maraqlı beynəlxalq festival keçirilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. İyulun 15-də Xaçmaz rayonunun "Çənlibel" istirahət parkında II Beynəlxalq Dolma Festivalı keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkil etdiyi bu festivalda 50 yaxın rayonumuzda və bir sıra xarici ölkələrdə bişirilən qeyri-adi 350 növ dolma sərgilənib.

© Sputnik / Leyla AbdullayevaII Beynəlxalq Dolma Festivalı
II Beynəlxalq Dolma Festivalı - Sputnik Azərbaycan
1/5
II Beynəlxalq Dolma Festivalı
© Sputnik / Leyla AbdullayevaII Beynəlxalq Dolma Festivalı
II Beynəlxalq Dolma Festivalı - Sputnik Azərbaycan
2/5
II Beynəlxalq Dolma Festivalı
© Sputnik / Leyla AbdullayevaII Beynəlxalq Dolma Festivalı
II Beynəlxalq Dolma Festivalı - Sputnik Azərbaycan
3/5
II Beynəlxalq Dolma Festivalı
© Sputnik / Leyla AbdullayevaII Beynəlxalq Dolma Festivalı
II Beynəlxalq Dolma Festivalı - Sputnik Azərbaycan
4/5
II Beynəlxalq Dolma Festivalı
© Sputnik / Leyla AbdullayevaII Beynəlxalq Dolma Festivalı
II Beynəlxalq Dolma Festivalı - Sputnik Azərbaycan
5/5
II Beynəlxalq Dolma Festivalı
1/5
II Beynəlxalq Dolma Festivalı
2/5
II Beynəlxalq Dolma Festivalı
3/5
II Beynəlxalq Dolma Festivalı
4/5
II Beynəlxalq Dolma Festivalı
5/5
II Beynəlxalq Dolma Festivalı

Tədbirə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai xadimlər və 500-dən çox yerli əhali,200-dən çox başqa rayonlardan gələn qonaqlar qatılıb. Beynəlxalq festivalda İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrdən gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov çıxışında qeyd edib ki, nə qədər ermənilər dolmanı özəlləşdirməyə çalışsalar da, buna nail ola bilməyəcəklər: "Bugünkü tədbir də onun bariz sübutudur. Belə tədbirlər gələcək illərdə də təşkil olunacaq".

Daha sonra münsiflər tərəfindən dolmaların dadına baxılaraq, yekun qərar çıxarılıb və mükafatlandırma mərasimi keçirilib. Tədbir konsert proqramı ilə başa çatıb.

Xəbər lenti
0