Məlahət Mürşüdlü: Bu rpoqramların tətbiqi ilə ən layiqlilər məktəblərdə işləmək hüququ qazanırlar
"Azərbaycan təhsilinin problemi kadr problemidir". Bunu Sputnik Azərbaycan açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib: “Təhsilimizin keyfiyyəti müəlimlərin və onlara rəhbərlik edən şəxslərin peşəkarlığından asılıdır. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulunda və direktorların təyinatında həyata keçirdiyi proqramlar hökumətin innovasiya siyasətinin tərkib hissəsidir. Bu gün həmin innovativ forma və metodlardan istifadə edilir”.
“İnnovasiya cəmiyyətə və dövlətə fayda verəcək yeni üsulların təkmilləşdirilməsi prosesidir. Artıq 2013-cü ildən müəllimlər müəyyən bir proseduru keçdikdən sonra məktəblərdə işləmək vəsiqəsi alırlar. Bu yeni bir şey deyil. Başqa inkişaf etmiş ölkələrdə də bu təcrübə mövcuddur. Ən başlıcası isə ən layiqlilər məktəblərdə işləmək hüququ qazanırlar” – deyə o bildirib.