Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda qəribə canlılar sürü şəklində evlərə hücum edib

© Sputnik / Ramil IbrahimovEv sahibinə hücum edən heyvan
Ev sahibinə hücum edən heyvan - Sputnik Azərbaycan
Abunə olmaq
Qəsəbə sakinləri ilk dəfədir belə heyvanlarla rastlaşdıqlarını deyirlər

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Əsasən Ağdam sakinlərinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsi adlanan ərazidə qəribə heyvan hücumu qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında, Ağdam rayonundan məcburi köçkün olan Vüqar Hümbətova məxsus 626 nömrəli evdə baş verib.

© Sputnik / Ramil IbrahimovEv sahibinə hücum edən heyvan
Ev sahibinə hücum edən heyvan - Sputnik Azərbaycan
Ev sahibinə hücum edən heyvan

Gecə saatlarında evə girməyə çalışan və ev sahibinə hücum edən üç heyvandan birini ev sahibi əlindəki yaba ilə vurub. Digər ikisi isə qaçıb. Yaralı heyvan cəsədini döşəmənin altından çıxaran ev sahibi deyir ki, quruluşundan gəmiriciyə oxşasa da, ilk dəfədir belə canlıyla rastlaşır. Heyvanın uzunluğu, təqribən 60-65 sm-dir.

Vüqar Hümbətov daha sonra evin damında, bu heyvanlara aid olduğunu güman etdiyi yuvanı tapıb. Yuvada ev quşlarının qalıqlarını və yumurtalarını da aşkarlayıb.

"Əvvəllər də gəmiricilər təsərrüfata, həyətyanı sahədəki ev quşlarına ziyan vurardı. Lakin ilk dəfədir ki, birbaşa evə hücum edirlər. Həm də bu cür qeyri-adi heyvanlar" — ev sahibi Sputnik Azərbaycan-a bildirib.

Xəbər lenti
0